Azərbaycan qazı Bolqarıstana hansı marşrutla nəql olunacaq?


Digərləri 31 Mar 2021 18:04:00 124 0

Azərbaycan qazı Bolqarıstana hansı marşrutla nəql olunacaq?

Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi layihəsinin operatoru ICGB AD şirkəti ətraf mühitə təsirin qiymətləndirilməsinə uyğun olaraq qaz kəmərinin marşrutunda bir sıra dəyişikliklərin olunmasını təklif edib.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Qeyd olunur ki, söhbət Bolqarıstanın Breqovo və Karçovsko kəndlərindən keçən marşrutdan gedir.

Hazırda IGB tikinti mərhələsindədir və kəmərin 2021-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılır.