Ermənilər Şuşanı "İsgəndər"lərlə məhv etmək istəyib


Siyasət 31 Mar 2021 14:55:00 114 0

Ermənilər Şuşanı "İsgəndər"lərlə məhv etmək istəyib

44 gün davam etmiş İkinci Qarabağ Müharibəsi əsnasında Ermənistan ordumuza qarşı "İsgəndər" operativ-taktiki raket kompleksindən istifadə edib.

Füzuli rayonundan Şuşa şəhərinə çəkilən avtomobil yolunun keçəcəyi ərazilər minalardan təmizlənir. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Horadiz inzibati mərkəzinin təmizləmə qrupunun əməliyyat meneceri Mədət Məmmədov deyib. Onun sözlərinə görə, ilk mərhələdə ANAMA tərəfindən Şuşaya çəkilən yolun keçəcəyi ərazinin 34 kilometrlik hissəsində təmizləmə işləri icra olunur.

"Füzulinin Alxanlı və Seyidəhmədli kəndlərinin ərazisi də daxil olmaqla, yolun keçdiyi yerlərdə indiyədək 207 ədəd tank əleyhinə, 168 ədəd piyada əleyhinə, 5 ədəd partlamamış digər hərbi sursat aşkarlanıb. Hazırda kommunikasiya xətlərinin keçdiyi ərazilər minalardan təmizlənir. Ümumilikdə, azad olunmuş ərazilərdə bu günədək 4224 ədəd piyada əleyhinə, 1181 ədəd tank əleyhinə, 2064 ədəd tank əleyhinə minanın partladıcısı, 300 ədəd bombacıq aşkarlanıb. Həmçinin 3 milyon 600 kvadratmetr ərazi təmizlənib. Minatəmizləmə əməliyyatları davam edir".

Martın 15-də Şuşa ərazisində minalardan və partladıcı qurğulardan təmizlənmə işləri aparılarkən iki partlamış raket qalıqları aşkarlanıb.

Raket qalıqlarının aşkarlandığı məkanların coğrafi koordinatları 39°45'38.10"N 46°44'33.90"E və 39°45'27.80"N 46°45'25.80"E-dir. ANAMA mütəxəssislərinin apardıqları yorxlama-təftiş işlər zamanı bəllli oub ki, 9M723 nömrəli raketin qalıqları "İsgəndər" raket kompleksinə məxsusdur. İnternetdə axtarış apararkən belə 9M723 identifikasiya nömrəsinine məhz "İsgəndər" operativ-taktiki raket kompleksindən buraxılmış raketə məxsus olduğu təsdiqlənir.

9M723 kvaziballistik raketinin hədəfi vurma məsafəsi 500 km-ə qədərdir.

"İsgəndər" OTRK-nin 9M723  raketi bərk yanacaq mühərrikli bir pilləyə malikdir. Raket "Stels texnologiyalar" adlanan və radiolokasiya aşkarlanma səviyyəsini azaldan texnologiyalardan istifadə edilməklə istehsal olunub.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ Müharibəsində İrəvanın "İsgəndər" OTRK-larından istifadə etdyi, lakin atılan raketlərin "partlamadığını, ya da 10 faiz partladığını" demişdi.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının sabiq rəisi Movses Akopyan isə müharibənin son günlərində "İsgəndər"lərdən istifadə olunduğunu, onlarla Şuşanın atəşə tutulduğunu bəyan etmişdi.

Orxan Hun Son.az