Azərbaycanda yeni ixtisas yaradıldı


Digərləri 31 Mar 2021 15:00:00 157 0

Azərbaycanda yeni ixtisas yaradıldı

Ali təhsilin bakalavriat səviyyəsində yeni ixtisas yaradılıb.

Son.az APA-ya istinadən bildirir ki, Nazirlər Kabineti bununla bağlı "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı"nda dəyişiklik edib.

Ali təhsilin bakalavriat səviyyəsində Humanitar və sosial ixtisaslar qrupu üzrə  kommunikasiya və rəqəmsal media ixtisası yaradılıb.

Nazirlər Kabineti "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların Təsnifatı"na yeni "Kommunikasiya və rəqəmsal media" ixtisası əlavə olunmasının səbəblərini açıqlayıb.

Son.az-ın məlumatına görə, izahda bildirilib ki, müasir dövrdə dövlət, ictimai və özəl qurumlar tərəfindən aparılan işlərin səmərəliliyi müxtəlif faktorlarla yanaşı, eyni zamanda, qurumun məqsədləri və nəticələri haqqında məlumatların düzgün çatdırılmasından, tərəfdaşlarla ünsiyyətin qurulmasından asılıdır.

Kommunikasiya və rəqəmsal media bilikləri kiçik, orta və böyük müəssisələrin artan ehtiyacları üçün də əhəmiyyət daşıyır. Bu müəssisələr getdikcə böyüyən bazarlara, müştərilərə, təchizatçılara və şəbəkələrə çatmaq üçün təşkilatlanmış kommunikasiya strategiyası və mütəxəssislərindən istifadə edirlər. Ölkəmizin və regionun iqtisadi inkişafı da bu sahənin mütəxəssislərinə tələbi artırır.