Dünyada ötən sutka koronavirusa 427 mindən çox yoluxma qeydə alınıb ÜST


Dünya 31 Mar 2021 07:11:00 135 0

Dünyada ötən sutka koronavirusa 427 mindən çox yoluxma qeydə alınıb  ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 427 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 427 964 nəfər yeni koronavirusa yoluxub, 8 156 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 127 349 248, ölənlərin isə 2 787 593 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 29 968 464 nəfər. Siyahıda daha sonra Braziliya (12 534 688), Hindistan (12 095 855), Rusiya (4 536 820), , Fransa (4 481 165), Böyük Britaniya (4 337 700), İtaliya (3 544 957), İspaniya (3 270 825), Türkiyə (3 240 577), Almaniya (2 791 822), Kolumbiya (2 382 730) və Argentina (2 308 597) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.