Gəncədə danışmaq adı ilə vətəndaşların telefonunu ələ keçirən şəxs saxlanılıb FOTO
Kriminal 28 Mar 2021 21:59:00 69 0
Gəncədə danışmaq adı ilə vətəndaşların telefonunu ələ keçirən şəxs saxlanılıb.
Bu xəbəri də oxu: Polis əməliyyat keçirdi: Narkotacirlər saxlanıldı
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Son.az-a verilən məlumata görə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə (RPİ) bir nəfər vətəndaşa məxsus mobil telefunun naməlum şəxs tərəfindən danışmaq adı ilə alınaraq daha sonra qaçırılması barədə məlumat daxil olub.
RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, şəhər sakini, əvvəllər məhkum olunmuş, Rasim Qasımov şəhər ərazisində saxlanılıb. Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun müxtəlif vaxtlarda ümumilikdə 9 şəhər sakininə qarşı analoji cinayət hadisəsini törətməsi məlum olub.
Ələ keçirdiyi mobil telefonları tanımadığı şəxslərə satdığını deyən R. Qasımov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən

Azərbaycanın 59 rayonunda icbari tibbi xidmət tətbiq edilir. Aprelin 1-dən

74 yaşlı biologiya elmləri namizədi, psixolinqivist Tatyana Çerniqovskaya i

Hindistanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 62,7 min n
