Bu vitaminin çatışmazlığı insanın beynini pozur Bağırsaqların və sinirin dərmanı


Digərləri 28 Mar 2021 21:25:00 140 0

Bu vitaminin çatışmazlığı insanın beynini pozur  Bağırsaqların və sinirin dərmanı

B 3 vitamini B qrup vitaminləri içində az xatırlanan, az istifadə olunan növdür. Niasin və ya nikotin turşusu adlanan B 3 orqanizmin enerji mənbəyidir.

Sinir sistemi, dəri və beyin onunla qidalanır.

Son.az tibbdə B 3 vitamini çatışmazlığının əsas əlamətlərinin 3 D olduğunu bildirir: yəni demensiya, diareya, dermatit.

Əgər sizdə əqli, beyin fəaliyyətində pozulma, diqqətsizlik, yaddaşsızlıq varsa, dərinizdə dermatit yaranıbsa, ishaldan əziyyət çəkirsizsə, deməli, sizdə 3 D sindromu - yəni kəskin B3 vitamini əskikliyi var.

İştahın azalması, çəkidə itki, qarında spastik ağrılar, ürəkbulanma, qıcıqlanma, əsəbilik də B 3 defisitindən ola bilir.

B 3 lə zəngin qidalar yumurta, balıq, ət, taxıl, paxlalılar, göbələk və təzə tərəvəzlərdir.

Defisit varsa hazır nikotin turşusu, yəni B 3 qəbul edə bilərsiz. Bu vitamin yüksək dozada qəbul etmək olmaz.

Sutkalıq doza 30 mq -dır. Ciddi xəstəliklərdə 100 mq-a qədər qəbul olunmalıdır. /medicina.az