İranda koronavirusa yoluxanların sayı 1 855 674 nəfərə yüksəlib


Dünya 28 Mar 2021 17:06:00 157 0

İranda koronavirusa yoluxanların sayı 1 855 674 nəfərə yüksəlib

İranda ötən 24 saat ərzində 89 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 62 397 nəfərə çatıb.

Son.az APA-ya istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 855674 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3928 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

O qeyd edib ki, İranda ötən sutka ərzində 8751 nəfər koronavirusa (COVID 19) yoluxub.