Təmizləyici vasitələrdə təhlükəli maddə


Digərləri 28 Mar 2021 16:55:00 149 0

Təmizləyici vasitələrdə təhlükəli maddə

ABŞ-da bir sıra istehsalçıların əl təmizləyici jellərində benzol aşkar edilib. Ümumdünya Səhiyyə Təşkilatına görə benzol xərçəngə səbəb olan maddələrdən biridir.

Son.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

COVID-19 pandemiyasının başlanğıcında çatışmazlıq zamanı satışa çıxarılan təmizləyicilərdə təhlükəli maddə müəyyən edilib. Nəticədə şirkət mütəxəssisləri 168 istehsalçının məhsulunun tərkibini öyrəniblər.

Məhsulların 8 faizində təhlükəli maddənin konsentrasiyası yüksək - milyonda iki hissə olaraq müəyyənləşib. Bu da insanın nisbətən qısa bir müddətdə dözə biləcəyi həddən çoxdur.