Məşhur şirkət açıqladı


Digərləri 28 Mar 2021 16:01:00 139 0

Məşhur şirkət açıqladı

Koronavirusa qarşı təsdiqlənmiş ilk peyvənd istehsalçısı "Pfizer" COVID-19 xəstələrinə tətbiq edilə bilən yeni bir dərman istehsalına başladığını açıqlayıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, şirkətin açıqlamasında ilk laboratoriya işlərində potensial ümidverici nəticələrin əldə edildiyi bildirilir.

Virusun hüceyrələrdə çoxalmasının qarşısını alacağı gözlənilən dərmanın HİV və Hepatit C kimi digər viral xəstəliklərin müalicəsində də təsirli olduğu deyilir. Şirkət həmçinin erkən mərhələdə koronavirus xəstələrinin müalicəsində istifadə edilə bilən bir başqa dərman üzərində araşdırma apardığını da elan edib.