43 min qonararını 3 il sonra aldı


Şou-biznes 28 Mar 2021 11:52:00 187 0

43 min qonararını 3 il sonra aldı

Aktrisa Melisa Sözen film şirkətinə açdığı davanı qazanıb.

Son.az Axşam.az-a istinadən bildirir ki, aktrisa 2018-ci ildə "Evrensel" film şirkətinin "Babamın günahları" ekran işinə çəkilib, lakin qonarar ala bilməyib. Bu səbəblə də, Melisa sözügedən şirkəti məhkəməyə verərək qonararını tələb edib.

Ötən gün baş tutan məhkəmədə Sözenin xeyrinə qərar verilib. Hakim aktrisaya 43 min lirə (9 min 971 manat) təzminatın ödənilməsini tələb edib.

Son.az