Tələbələr yataqxanalarda yaşamaq üçün aylıq BU MƏBLƏĞİ ödəməli olacaqlar


Digərləri 28 Mar 2021 11:33:00 119 0

Tələbələr yataqxanalarda yaşamaq üçün aylıq BU MƏBLƏĞİ ödəməli olacaqlar

Naxçıvan Muxtar Respublikasında tələbə yataqxanalarında yaşayış sahəsindən istifadəyə görə haqqın aylıq məbləği müəyyənləşib.

Son.az xəbər verir ki, bununla bağlı muxtar respublikanın Baş naziri Səbuhi Məmmədov qərar imzalayıb.

Belə ki, qərara əsasən, bundan sonra bir tələbə Naxçıvan Dövlət Universitetinin Tələbə Evində yaşamaq üçün 80 manat, "Naxçıvan" Universitetinin tələbə yataqxanasında yaşamaq üçün 100 manat və Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin tələbə yataqxanasında yaşamaq üçün isə 150 manat kirayə haqqı ödəyəcək

Qərarla müəyyənləşib ki, kirayə haqqı köçürmə yolu ilə aylıq və ya birdəfəlik ödənilə bilər. Kirayə haqqı aylıq ödənildikdə hər ayın 15-nə kimi bank vasitəsilə müvafiq hesaba ödəniləcək.

Qərarla ödəniş yerli və xarici ölkə vətəndaşı olan tələbələr üçün bərabər məbləğdə müəyyən edilib və tədris ili ərzində ödənişin məbləğinin dəyişdirilməsi qadağan olunub.