Türkiyənin sprey formasında koronavirus peyvəndinin digər vaksinlərdən üstünlüyü


Dünya 28 Mar 2021 11:46:00 132 0

Türkiyənin sprey formasında koronavirus peyvəndinin digər vaksinlərdən üstünlüyü

Türkiyənin koronavirusa qarşı istehsal etdiyi sprey formasında peyvənd digərlər vaksinlərdən fərqlənir.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə ölkənin İnfeksion Xəstəliklər şöbəsinin müdiri, professor Mehmet Ceyhan DHA-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, "İntranazal Kovid" burundan daxil edildiyi üçün virusun bədənə daxil olmasının və yayılmasının qarşısını alır:

"Virus orqanizmə ağızdan və burundan daxil olur. Biz də eyni yolla immunitet sistemini gücləndirsək, girişdə virusun qarşısını kəsmiş oluruq".

Professor qeyd edib ki, əzələyə yeridilən peyvənd virus qanda olandan sonra anticismlər yaradır.