Ukraynanın hərbi strategiyası:


Dünya 28 Mar 2021 11:04:00 118 0

Ukraynanın hərbi strategiyası:

Rusiya ilə müharibə vəziyyətində Ukraynanın yeni strategiyası ortaya çıxıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın "Strana" nəşri yazıb.

"Strategiyada qarşıdurmanın alqoritmi maraqlı şəkildə təsvir edilib. O, Ukraynanın təcavüzə məruz qalmasına cavabla başlayır. Yəni birbaşa düşmənin Ukraynanın dövlət sərhədini pozması lazım olduğunu demir", - məqalədə bildirilib.

Strategiyaya əsasən, Ukrayna ərazisinə xaricdən silahlı müdaxilə olduqda ordu və xüsusi təyinatlı qüvvələrin iştirakına icazə verilir.

"Bu da o deməkdir ki, Ukrayna Silahlı Qüvvələri hər an nəzarətsiz ərazilərdə və oradakı rus qoşunlarına qarşı hərbi əməliyyat keçirə bilər", - nəşr bildirib.