Bakıda gecə saatlarında dəhşət:


Digərləri 28 Mar 2021 09:09:00 134 0

Bakıda gecə saatlarında dəhşət:

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

"Lada" markalı avtomobili idarə edən sürücü Cəsarət Şirvanzadə sükana nəzarəti itirib. 

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. 

Qəza zamanı sürücü və  sərnişin  Sevda Alışanova ağır xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Son.az