Dubayda dünyanın kətan üzərində ən böyük rəsmi 62 milyon dollara satılıb


Digərləri 28 Mar 2021 07:44:00 135 0

Dubayda dünyanın kətan üzərində ən böyük rəsmi 62 milyon dollara satılıb

Dubaylı rəssam Saşa Cəfrinin kətan üzərində yaratdığı dünyanın ən böyük rəsm əsəri 62 milyon dollara satılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 17 min kvadratfut (1579 kvadratmetr) sahəsi olan kətan üzərində çəkilən "Bəşəriyyətin səyahəti" adlı bu nəhəng tablo 70 hissəyə bölünərək hərraca çıxarılıb.

Hərracdan sonra keçirilən mətbuat konfransında bəyan edilib ki, rəssam satışdan əldə etdiyi gəliri UNESCO, UNICEF və "Dubai Cares" təşkilatlarının xeyriyyə tədbirlərinə sərf edəcək.

"Palm in Dubai" incəsənət mərkəzində keçirilən xeyriyyə hərracından sonra jurnalistlərə müsahibə verən rəsm əsərinin alıcısı Andre Abdun qeyd edib ki, uşaqlıq illərində ailəsi aclıq keçirib və həyatının amalı öz atasına, uşaqlarına xidmət etmək olub. O əlavə edib ki, satışdan əldə olunan gəliri kimsəsiz və yoxsul uşaqlar üçün xərcləmək barədə rəssam Saşa Cəfri ilə razılaşıb.