Türkiyədə son sutkada koronavirusdan 18 892 nəfər sağalıb


Dünya 28 Mar 2021 07:55:00 151 0

Türkiyədə son sutkada koronavirusdan 18 892 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 151 nəfər dünyasını dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 30 923 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 30 021 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 3 179 115 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 18 892 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 939 929 nəfər təşkil edir.