Bosfor boğazında inşa ediləcək Kanal İstanbulun tikinti layihəsi təsdiqlənib


Dünya 28 Mar 2021 07:22:00 142 0

Bosfor boğazında inşa ediləcək Kanal İstanbulun tikinti layihəsi təsdiqlənib

Kanal İstanbulun tikinti layihəsi təsdiqlənib. Layihənin həyata keçirilməsində əsas məqsəd İstanbulun iki qitəsini birləşdirən Bosfor boğazında təhlükəsiz və etibarlı su nəqliyyatını təmin etmək, eləcə də boğazdakı nəqliyyat sıxlığını aradan qaldırmaqdır.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum bildirib.

Layihənin inşası istiqamətində bundan sonraki addımların tezləşdiriləcəyini deyən nazir bir an əvvəl kanalın istanbulluların istifadəsinə verilməsi üçün bütün imkanların səfərbər olunacağını qeyd edib.