Moskvada partlayış: 5 nəfər xəsarət alıb


Dünya 27 Mar 2021 08:58:00 108 0

Moskvada partlayış: 5 nəfər xəsarət alıb

Rusiya paytaxtında, Yeni Moskvada yaşayış sahəsində fərdi yaşayış evində baş vermiş partlayış nəticəsində beş nəfər - dörd kişi və bir uşaq xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin Moskva üzrə Baş istintaq idarəsinin nümayəndəsi Yuliya İvanova bildirib.

"İstintaqa görə, 26 mart 2021-ci il tarixində Yeni Moskvanın Moskovski qəsəbəsində yerləşən fərdi yaşayış evində qaz partlayışı baş verib və daha sonra yaşayış evinin damı çöküb. Nəticədə , dörd kişi və bir uşaq yaralanıb, onların hamısı lazımi tibbi yardım və müayinə üçün xəstəxanaya yerləşdirilib", - məlumatda belə deyilir.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.