ABŞ qoşunları çıxarsa, "Taliban" Əfqanıstanda hakimiyyəti öz əlinə alacaq


Dünya 27 Mar 2021 08:38:00 113 0

ABŞ qoşunları çıxarsa, "Taliban" Əfqanıstanda hakimiyyəti öz əlinə alacaq

ABŞ əsgərləri "Taliban" qüvvələri və Əfqanıstan hökuməti arasında razılaşma əldə edilmədən geri çəkiləcəyi təqdirdə "taliban"çılar ölkənin çox hissəsində nəzarəti iki-üç il ərzində öz əllərinə keçirə biləcək. ABŞ kəşfiyyat xidmətləri prezident Co Baydenə bununla bağlı xəbərdarlıq ediblər.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə "New York Times" qəzeti özəl mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, hadisələrin bu cür inkişafı "Əl-Qaidə" terror qruplaşmasının Əfqanıstanda bir daha güclənməsinə səbəb ola bilər.