Savaş caniləri İrəvanda toplandı


Dünya 26 Mar 2021 18:36:00 143 0

Savaş caniləri İrəvanda toplandı

Martın 25-də İrəvanda Ermənistanın keçmiş prezidentləri və keçmiş və qondarma "dqr"in separatçı liderləri arasında görüş keçirilib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə keçmiş prezident Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan məlumat yayıb.

Onun sözlərinə görə, görüşdə Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan, Arkadi Qukasyan və Bako Saakyan iştirak edib.

Qeyd edək ki, bu, tərəflər arasında ikinci belə görüşdür. İlk dəfə belə görüş 2020-ci ilin oktyabrında keçirilmişdi.