Polşada koronavirusa yoluxma göstəriciləri iki gün ardarda rekord vurub


Dünya 26 Mar 2021 16:54:00 134 0

Polşada koronavirusa yoluxma göstəriciləri iki gün ardarda rekord vurub

Polşada koronavirusa yoluxma göstəriciləri iki gün ard-arda rekord vurub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunur ki, ötən gün Polşada yoluxma sayı pandemiya dövründə ilk dəfə 35 min nəfəri keçib. Bundan əvvəlki gün isə 34 mindən çox yoluxma qeydə alınmışdı.

Son bir həftə ərzində gündəlik yoluxma sayı 9 min nəfə artıb. Bu günədək Polşada 2,2 milyona yaxın şəxs koronavirusa yoluxub 51 305 nəfər ölüb.

Son.az