Ukraynada koronavirusa gündəlik yoluxma sayı rekorda çatıb


Dünya 26 Mar 2021 16:18:00 130 0

Ukraynada koronavirusa gündəlik yoluxma sayı rekorda çatıb

Ukraynada son sutka ərzində 18 132 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Son.az xəbər verir ki, bununla da Ukraynada COVID-19-a sutkalıq yoluxma rekorda çatıb. Son sutka ərzində 326 nəfərin koronavirusdan öldüyü bildirilir.

Ötən gün ərzində Ukraynada 7 138 pasiyent koronavirusdan sağalıb, 4 826 nəfər xəstəxanalara yerləşdirilib.