Gürcüstanda koronavirusdan ölənlərin sayı isə 3 722 nəfərə çatıb


Dünya 24 Mar 2021 18:46:00 123 0

Gürcüstanda koronavirusdan ölənlərin sayı isə 3 722 nəfərə çatıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 450 yoluxma halı qeydə alınıb, 8 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 278 628, ölənlərin sayı isə 3 722 nəfərə çatıb.

Virusa yoluxanlardan 270 922 nəfərin sağaldığı bildirilir.