"Bitcoin"i olanlara şad xəbər


Digərləri 24 Mar 2021 18:39:00 109 0

"Bitcoin"i olanlara şad xəbər

ABŞ-ın elektrik avtomobil istehsalçısı "Tesla"nın rəhbəri İlon Mask, bu avtomobilləri "Bitcoin" kriptovalyutası ilə əldə etmək imkanının yaradılacağı barədə bildirib.

Son.az APA-ya istinadən bildirir ki, "İndi "Tesla"nı "Bitkoin"lərlə ala bilərsiniz", - deyə o öz "Twitter" səhifəsində yazıb.

Mask əlavə edib ki, "Bitcoin" ilə ödəmə imkanı ABŞ xaricində 2021-ci ilin sonunda mövcud olacaq.