İranda ötən sutka 94 nəfər koronavirusdan ölüb


Dünya 24 Mar 2021 18:11:00 134 0

İranda ötən sutka 94 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 94 nəfər koronavirusdan (COVID-19) ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 62045 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7605 nəfər koronavirisa yoluxub.

Beləliklə ölkədə bu virusa yoluxanların sayı 1823317 nəfərə çatıb.