DİN ağacla döyülən qadının şikayətini nəzarətə götürüb


Kriminal 22 Mar 2021 19:49:00 161 0

DİN ağacla döyülən qadının şikayətini nəzarətə götürüb

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə əri tərəfindən ağac budağı ilə döyülməsi barədə fotolar yayılan qadının şikayətini nəzarətə götürüb.

Nazirliyin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, müvafiq polis orqanında araşdırma aparılır.

Bildirilir ki, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.