Eroziya yandırılmalıdırmı? Azərbaycanda dəbdə olan prosedur xaricdə yoxdur


Digərləri 22 Mar 2021 19:29:00 178 0

Eroziya yandırılmalıdırmı?  Azərbaycanda dəbdə olan prosedur xaricdə yoxdur

Azərbaycanda hər 100 qadından az qala 50-də tapılan uşaqlıq boynu, yolunun eroziyası kimi xəstəlik yandırılmaqla müalicə edilir. Qadının uşaqlıq boynunda istənilən qızarma, qişada dəyişiklik, rəng ginekoloqu dərhal eroziyadan şübhələndirir və çoxu pasiyenti qorxudur: " Səndə eroziya var, gəl əvvəl müalicə edək, düzəlməsə yandırarıq". Qadın isə qorxur: axı niyə məndə bu yaranıb? Yandırmaq qorxulu deyil ki?

Son.az bildirir ki, medicina.az-ın araşdırmalarına görə, əslində dünyanın sivil ölkələrində ginekoloqun tapdığı hər simptomu müalicə etməyə gərək yoxdur. Həmçinin o ölkələrdə eroziyanın yandırılması kimi müalicə üsulu yoxdur, olsa da nadir halda tətbiq olunur.

Eroziya məsələsi Rusiya və MDB dövlətlərinin səhiyyəsində daha dəbdədir, indiyə kimi də davam edən yanlış diaqnoz və müalicəsi ilə Avropa və Amerika həkimlərinin təəccübünə səbəb olur.

Uşaqlıq boynu eroziyasına dünyada 2 halda toxunulur: əgər üzdə damarlar varsa və əlaqə zamanı qanaxma verirsə. Bu halda eroziya yandırılır.

İkinci halda, epiteliy qatları çox soyulur və qadın ağ axıntı və selikdən şikayətlənir.

Qalan bütün hallarda eroziya aşkar olunarsa, uşaqlıq boynunun sitoloji analizi aparılır və pasiyentin bu vəziyyəti izlənilir.

Hamıya hər halda eroziya yandırılması təyin etmək olmaz. Bunu demək olar bütün həkimlər bilir. Amma yenə də klinikaların illik pul gəliri dövriyyəsində eroziyanın müalicəsi və yandırılmasından əldə edilən gəlirin miqdarı artır ki, artır.