Qanunsuz yollarla Türkiyə ərazisini tərk etmək istəyən 70 miqrant saxlanılıb


Dünya 22 Mar 2021 19:44:00 142 0

Qanunsuz yollarla Türkiyə ərazisini tərk etmək istəyən 70 miqrant saxlanılıb

Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 70 miqrant saxlanılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, onlardan 48-i Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonuna yaxın ərazidə Egey dənizində ələ keçiriliblər. Digər 22 nəfər isə İzmir vilayətinin Dikili rayonunda saxlanılıb.

Onların rezin qayıqlarla Yunanıstana keçmək istədikləri müəyyən edilib.

Miqrantlar aidiyyəti qurumlara təhvil veriliblər.