Yaponiyada ilk dəfə koronavirusun anadan körpəyə ötürülməsi qeydə alınıb


Dünya 22 Mar 2021 19:24:00 138 0

Yaponiyada ilk dəfə koronavirusun anadan körpəyə ötürülməsi qeydə alınıb

Yaponiyada ilk dəfə COVID-19 virusunun anadan yeni doğulmuş körpəyə ötürülməsi faktı qeydə alınıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə martın 22-də NHK telekanalı Yaponiya Pediatorlar Cəmiyyətinə istinadla məlumat yayıb.

Mütəxəssislərin bildirdiyinə görə, bu, yeni doğulan körpədən virus testi götürüldükdən sonra məlum olub. Həkimlər ananın və körpənin hazırda özlərini yaxşı hiss etdiklərini və onların səhhətlərində heç bir problem olmadığını qeyd edirlər.

Bildirilir ki, koronavirus pandemiyası başlayandan Yaponiyada koronavirusa yoluxmuş 51 ananın körpəsi dünyaya gəlib. Həmin körpələrin heç birində koronavirus testi müsbət olmayıb.