Xalq artisti Ramiz Məmmədovla vida mərasimi keçirilib


Kriminal 22 Mar 2021 12:43:00 162 0

Xalq artisti Ramiz Məmmədovla vida mərasimi keçirilib

Xalq artisti Ramiz Məmmədovla vida mərasimi keçirilib.

Son.az APA-ya istinadən bildirir ki, vida mərasimi Təzə Pir məscidində baş tutub.

Mərasimdə R. Məmmədovun ailə üzvləri, yaxınları və sənət yoldaşları iştirak edib.

R. Məmmədov dəfn olunmaq üçün Yasamal qəbiristanlığına aparılıb. 

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən R. Məmmədov dünən günorta saatlarında vəfat edib.

R. Məmmədov 1951-ci ildə anadan olub. 1975-ci ildə İncəsənət İnstitutunun tələbəsi olan zaman Musiqili Komediya Teatrına dəvət alıb. 

"Qaynana"da Əli, "Gurultulu məhəbbət"də Həsən, "Gözün aydın"da Qəhrəman, "Boşanaq evlənərik"də Ağacan, "O olmasın, bu olsun"da Rza bəy, Hambal, "Bəbirlinin kələkləri"ndə Bəbirli və başqa obrazların yaradıcısı kimi çıxış edən R.Məmmədov musiqili komediya janrının mahir ifaçısı olduğunu təsdiq edib.