Yaşı 40dan yuxarı şəxslər artıq poliklinikaya gəlməyə başlayıb Baş həkimin müavini


Digərləri 22 Mar 2021 12:34:00 158 0

Yaşı 40dan yuxarı şəxslər artıq poliklinikaya gəlməyə başlayıb  Baş həkimin müavini

Azərbaycanda yaşı 40-dan yuxarı olan şəxslərin vaksinasiyasına start verilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Səbail rayonu 2 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini Şahin Quliyev bildirib ki, bu kateqoriyadan olan şəxslərin səhər saatlarından etibarən onlayn növbə tutmaqla və ya birbaşa müraciətlə poliklinikada peyvəndlənməsi aparılır.

Baş həkimin müavini əlavə edib ki, yanvar ayının 18-dən etibarən ölkədə başlanan vaksinasiya prosesi çərçivəsində bu günə kimi poliklinikada 3 mindən artıq şəxsə peyvənd vurulub.