Roma Papası irqçiliyi virusla müqayisə etdi


Dünya 22 Mar 2021 11:38:00 111 0

Roma Papası irqçiliyi virusla müqayisə etdi

Roma Papası Fransisk irqçiliyi daim mutasiya edən virusla müqayisə edib.

Milli.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə o, özünün Tvitter-dəki səhifəsində yazıb.

"İrqçilik - bu, qısa zamanda mutasiya edən və yox olması gözlənilərkən gizlənən bir virusdur", - pontifik sosial şəbəkədə yazıb.

O, həmçinin irqçiliyin müasir cəmiyyətdəki təzahürlərini utancverici adlandırıb. Papanın sözlərinə görə, çünki bu, bəşəriyyətin iddia edilən sosial tərəqqisinin düşündüyümüz qədər real olmadığını göstərir.