Kişilər sağlam olmaq üçün hansı qidaları qəbul etməlidirlər?


Digərləri 21 Mar 2021 13:33:00 180 0

Kişilər sağlam olmaq üçün hansı qidaları qəbul etməlidirlər?

Kişilərlə qadınların orqanizmi bir-birindən fərqləndiyi kimi güclü və zərif cinsin nümayəndələrinin qida rasionu da müxtəlif olmalıdır. Öz orqanizmini dəstəkləmək və sağlamlığının qayğısına qalmaq istəyən kişilərin rasionunda mütləq qırmızı ət, dəniz bağlığı, midyə, quş əti və nar olmalıdır.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, "Bu qidaların tərkibində çoxlu miqdarda yağ turşusu və testesteron sintezini dəstəkləyən zülal var", - deyə məlumatda bildirilir.

"Metabolik və hormonal xüsusiyyətlərinə görə kişilərin pəhrizi qadınlardan fərqlənməlidir. Kişilərdə əzələ toxuması daha çox inkişaf edib, əzələ kütləsini qoruyub saxlamaq üçün də gündəlik qidada zülalın miqdarı çox olmalıdır. Əsas kişi hormonu sayılan testesteronun sintezi qəbul edilən qidanın tərkibindən və keyfiyyətindən əhəmiyyətli dərəcədə asılıdır", - deyə "SberZdorovye" xidmətinin diyetoloqu Marqarita Makuxa qeyd edib.

O, həmçinin qeyd edib ki, bitki yağlarında, yağlı dəniz balığında, buğdada, qoz-fındıqda və avokadoda olan faydalı doymamış yağ turşuları orqanizmdə testesteron hormonunun optimal səviyyədə qalmasına səbəb olur. Bundan başqa, kişilərin gündəlik qida rasionunda sink və selen maddələri ilə zəngin məhsullara da ehtiyac var ki, bu elementlər də sarımsaq, dənli bitkilər, banan, kələm, dəniz məhsulları və zəncəfildə daha çoxdur. Fastfudlar, sadə karbohidratlar, spirtli içkilər isə əksinə, kişi hormonlarının sintezinə mənfi təsir göstərir.