Hollivud ulduzu qubernator olmaq istəyir


Digərləri 21 Mar 2021 13:02:00 145 0

Hollivud ulduzu qubernator olmaq istəyir

Hollivud ulduzu Metyu Makkonahi gələcəkdə Amerikanın Texas ştatının qubernatoru postuna namizədliyini irəli sürmək istədiyini bildirib.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə aktyor məşhur aparıcı Cimmi Fellonun "The Tonight Show" proqramında danışıb:

"Bir müddətdir ki, bu haqda düşünürəm. Texasda xeyli sayda həll olunmalı problemlər var. Qubernator olmaq istərdim, amma bunun üçün hələlik addım atmamışam".