Su allergiyayasının qarşısını almaq mümkündürmü?


Digərləri 21 Mar 2021 12:33:00 142 0

Su allergiyayasının qarşısını almaq mümkündürmü?

Hamının bildiyi kimi su həyatdakı ən əsas ehtiyaclarımızdan biridir.  Hətta su o qədər vacibdir ki, qəbul etməmək deyil, az miqdarda içildikdə belə sağlamlığımız üçün problemlər yarada bilər. Buna görə hər sağlam insan gündə müəyyən miqdarda su istehlak etməlidir. Yaşam üçün bu qədər vacib olan su necə allergiyaya səbəb ola bilər?

Belə bir insanın həyatındakı çətinliklərini təsəvvür edə bilmirəm...

Son.az lent.az-a istinadən bildirir ki, elmdə buna "Aquagenic" deyilir.

Bu allergiyaya səbəb olan nədir?

Elm adamları hələ də bunun dəqiq səbəbini anlamasalar da, su allergiyasının kökündəki səbəb, ölü dərimizdəki bəzi kimyəvi maddələrin su ilə qarşılıqlı əlaqədə olduqda immunitet sistemini zədələməsi olduğunu düşünürlər. Yəni xəstə suya toxunan kimi dərisi qızarmağa və qaşınmağa başlayır. Belə insanları hətta öz tərləri və göz yaşları da narahat edə bilər. Duş qəbul etmək, yağışda və qarda islanmaq, bir sözlə əzabdır. Dənizdə və ya hovuzda heç vaxt üzə bilməyəcəyini söyləməyə ehtiyac belə yoxdur.

Hansı əlamətləri var?

- Hərarət

- İltihab

- Baş ağrısı

- Yanma hissi