Almaniyada son sutkada 99 nəfər COVID19dan ölüb


Dünya 21 Mar 2021 11:54:00 118 0

Almaniyada son sutkada 99 nəfər COVID19dan ölüb

Son sutka ərzində Almaniyada yeni növ koronavirusa (COVİD-19) 13 733 yoluxma halı aşkarlanıb, 99 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Almaniya Səhiyyə Nazirliyinin strukturuna daxil olan Robert Kox İnstitutu məlumat yayıb.

Ümumilikdə pandemiya başlanandan indiyə qədər Almaniyada 2 659 516 nəfər koronavirusa yoluxub, 74 664 nəfər ölüb.