Braziliyada son sutkada 79 mindən çox yoluxma olub,


Dünya 21 Mar 2021 12:06:00 131 0

Braziliyada son sutkada 79 mindən çox yoluxma olub,

Braziliyada son sutka ərzində daha 79 069 nəfərin koronavirus infeksiyasına yoluxması, 2438 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 11 950 459 nəfər yoluxub. Bu müddət ərzində 292 752 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 10 419 393 xəstə müalicə olunaraq sağalıb.