Londonda etirazçılara divan tuturlar


Dünya 21 Mar 2021 11:24:00 140 0

Londonda etirazçılara divan tuturlar

Londonda etiraz aksiyaları zamanı saxlanılanların sayı 33-ə çatıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Britaniya paytaxtının polisi məlumat yayıb.

"Saat 18:45-ə (Bakı vaxtı ilə saat 22:45) olan məlumata əsasən, 33 nəfər Londonun mərkəzində aksiyaları müşayiət edən asayiş keşikçiləri tərəfindən nəzarət altına alınıb. Saxlanılmaların əksəriyyəti COVID-19 qaydalarının pozulması ilə əlaqədardır", - məlumatda belə deyilir.

Qeyd edək ki, şənbə günü Londonun mərkəzində koronavirus məhdudiyyətlərinə qarşı, eləcə də 33 yaşlı Sara Everardın öldürülməsi ilə əlaqədar etiraz aksiyaları təşkil edilib.