ABŞ qoşunları nə zaman Əfqanıstanı tərk edir?


Dünya 21 Mar 2021 11:34:00 162 0

ABŞ qoşunları nə zaman Əfqanıstanı tərk edir?

ABŞ Prezidenti Cozef Bayden amerikan qoşunlarının Əfqanıstandan çıxarılmasının vaxtı ilə bağlı hələ birqərar verməyib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin Yeni Dehlidəki mətbuat konfransında deyib.

Pentaqon rəhbərinin sözlərinə görə, bu mövzuda rəhbərlik hərtərəfli prosesi davam etdirir və prezident həqiqətən bu qərarı vermək üçün çalışır: "Hazırda (Əfqanıstanda - red.) qalma müddəti və əsgər sayı ilə bağlı bir qərar verilməyib".