Qusarda əməliyyat: Narkotik alverçiləri saxlanıldı FOTO


Kriminal 19 Mar 2021 19:49:00 154 0

Qusarda əməliyyat: Narkotik alverçiləri saxlanıldı  FOTO

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotikin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri E.Abdulhəmidov və S.İsabalayev saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan marixuana aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən E.Abdulhəmidova narkotik vasitəni satmaqda şübhəli bilinən N.Ağakərimov da müəyyən edilərək saxlanılıb. Onun yaşadığı evə baxış zamanı oradan 370 qram marixuana, metamfetamin və kultivasiya yolu ilə yetişdirilmiş 17 ədəd çətənə kolu götürülüb.

Faktlarla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.