Rusiyanın Kuril adaları yaxınlığında zəlzələ qeydə alınıb


Dünya 19 Mar 2021 08:17:00 151 0

Rusiyanın Kuril adaları yaxınlığında zəlzələ qeydə alınıb

Seysmoloqlar Sakit Okean akvatoriyasının Kuril adaları yaxınlığında (Rusiya, Saxalin bölgəsi) 3.2 bal gücündə zəlzələ qeydə alıblar.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid geofizika xidmətinin Saxalin filialından bildirilib.

"Zəlzələ Böyük Kuril silsiləsinin Urup adasından şimalda baş verib, ocağı 41 kilometr dərinlikdə yerləşib", - məlumatda deyilir.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.