Livan gələn həftə "Sputnik V" peyvəndinin ilk tədarükünü alacaq


Dünya 19 Mar 2021 08:06:00 121 0

Livan gələn həftə "Sputnik V" peyvəndinin ilk tədarükünü alacaq

Rusiya istehsalı olan "Sputnik V" koronavirusa qarşı peyvəndinin ilk partiyası gələn həftə Livana gətiriləcək.

Trend TASS-a istinadən xəbər verir ki, dərman aşılanma üçün tibb müəssisələri vasitəsi ilə təmin ediləcək.

Xatırladaq ki, Livan Səhiyyə Nazirliyi Rusiyanın "Sputnik V" peyvəndin istifadəsini fevralın 5-də təsdiq edib. Ölkənin Səhiyyə nazirliyinin açıqladığı son məlumatlara görə, pandemiya başlayandan dövrdə Livanda 426 977 koronavirusa youxma halı aşkar edilib, 380 mindən çox virus daşıyıcısı sağalıb və xəstəlikdən 5536 ölüm qeydə alınıb.