Türkiyədə son sutkada koronavirusdan 18 615 nəfər sağalıb


Dünya 19 Mar 2021 07:11:00 166 0

Türkiyədə son sutkada koronavirusdan 18 615 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 81 nəfər dünyasını dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 29 777 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 20 049 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 950 603 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 18 615 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 770 638 nəfər təşkil edir.