Məktəblər yenidən bağlanır? Nazirdən AÇIQLAMA


Digərləri 18 Mar 2021 16:33:00 134 0

Məktəblər yenidən bağlanır?  Nazirdən AÇIQLAMA

Novruz bayramı günlərində - 9 gün ərzində yoluxma sayında olan dinamika məktəblərin fəaliyyətini şərtləndirən əsas amil olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

Nazirin sözlərinə görə, hazırda əyani tədris forması üzrə tədris davam etdirilir:

"Nəticələrlə bağlı danışmaq tezdir. Amma görünən odur ki, bütün bunların tədrisin keyfiyyətinə müsbət təsir etdiyini iddia etmək olmaz. Çalışmalıyıq ki, prosesə qısamüddətli baxmayaq. Bizə tez-tez sual verirlər ki, məktəblər yenidən bağlanacaqmı, distant təhsilə keçiləcəkmi? Qarşıdan Novruz bayramı gəlir. Novruz bayramı günlərində 9 gün ərzində olan dinamika məktəblərin fəaliyyətini şərtləndirən əsas amil olacaq. Bu mənada, vətəndaşlar vəziyyəti düzgün dərk edib daha ehtiyatlı davranmalıdırlar. Yoluxma sayının aşağı enməsi məktəbin fəaliyyətini davamlı saxlamağa imkan verəcək".