Müharibədən sonra Azərbaycanda 15 mina partlayışı olub, 14 nəfər həlak olub


Digərləri 18 Mar 2021 16:34:00 153 0

Müharibədən sonra Azərbaycanda 15 mina partlayışı olub, 14 nəfər həlak olub

Vətən müharibəsindən sonra Azərbaycan ərazisində mina partlayışı ilə bağlı 15 hadisə baş verib

Vətən müharibəsindən sonra Azərbaycan ərazisində mina partlayışı ilə bağlı 15 hadisə baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Mahir Abbasov deyib.

O qeyd edib ki, hadisə nəticəsində 14 nəfər mülki şəxs ölüb, 16 nəfər isə müxtəlif xəsarətlər alıb: "Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan vətəndaşlarına qarşı təcavüzkar müharibə aparılır. Vətən müharibəsi başlanandan indiyə qədər 109 şəxs qəsdən öldürülüb, 470 şəxs zərərçəkmiş şəxs kimi tanınıb. Ümumilikdə, bu vaxta qədər 8 500 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Bunlar həm xəsarət alanlar, həm də mülklərinə ziyan dəymiş şəxslərdir. Mina partlaması nəticəsində xəsarət alanlardan 4 nəfər Minatəmizləmə Agentliyinin üzvləridir".

M.Abbasov bildirib ki, Baş Prokurorluq aidiyyəti qurumlarla birlikdə dəfələrlə işğaldan azad edilən ərazilərə səfər etməməklə bağlı əhaliyə çağırışlar etsələr də, Azərbaycan vətəndaşları səhlənkarlıq edərək həmin ərazilərə gedir və nəticədə minaya düşürlər.