3 nəfər ömürlük məhbusun cəzası 25 ilə endirildi


Digərləri 18 Mar 2021 16:35:00 113 0

3 nəfər ömürlük məhbusun cəzası 25 ilə endirildi

Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ilə 3 nəfər ömürlük məhbusun cəzası azaldılıb.

Son.az Trend-ə istinadən bildirir ki, 2001-ci ildə ömürlük azadlıqdan məhrum edilən Aslanov Azər Məhərrəm oğlu, 2005-ci ildə məhkum edilmiş Əhmədov Araz Vidadi oğlu, və 2016-cı ildə ömürlük azadlıqdan məhrum edilən Əliyev Vüqar İbrahim oğlunun cəzası ömürlük həbsdən 25 il cəzaya endirilib.