"Vaksinasiya ilə kifayətlənmək olmaz"


Digərləri 18 Mar 2021 16:38:00 132 0

"Vaksinasiya ilə kifayətlənmək olmaz"

Azərbaycanda karantin rejim qaydaları sərtləşdirilə bilər və qapanma istisna olunmur. Buna səbəb ölkəmizdə koronavirusun yeni növü olan Britaniya ştammının tapılma ehtimalı və son zamanlar yoluxma sayında olan artımdır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, millət vəkili Müşfiq Məmmədli deyib ki, qarşıdan gələn Novruz bayramında 9 günlük tətillə əlaqədar olaraq bir çox insan regionlara getməyi planlaşdırır.

Bu da öz növbəsində pandemiyanın və ən təhlükəli olan Britaniya ştammının yayılmasına, ölkədə yoluxma sayının artmasına səbəb ola bilər. Bunun qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsi qaçılmazdır.

Millət vəkili əlavə edib ki, immuniteti formalaşmış insanların sayı kifayət qədər olmadığı üçün karantin qaydalarının sərtləşdirilməsi hər zaman realdır.

Müşfiq Məmmədli bildirib ki, bu mərhələdə vaksinasiya da mühim əhəmiyyət kəsb edir. Bu gün ölkəmizdə aparılan vaksinasiya qanedicidir. Amma bununla kifayətlənmək olmaz.