"Peyvəndləmə prosesini sürətləndirməliyik"


Digərləri 18 Mar 2021 12:23:00 104 0

"Peyvəndləmə prosesini sürətləndirməliyik"

Azərbaycanda əhali arasında COVİD-19-a qarşı kütləvi immunitetin yaranması üçün əhalinin ən azından üçdə ikisinin orqanizmində antitel yaranmalıdır. Biz bu baxımdan peyvəndləmə prosesini sürətləndirməliyik.

Son.az xəbər verir ki, bunu Trend-ə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

O, insanlara virusdan qorunmaq üçün zamanında peyvənd olunması ilə bağlı çağırış da edib:

"Vaksinlə bağlı problemlər hər zaman yaranıb. Yeni doğulmuş uşağına vaksin vurdurmayan o qədər ailə var ki! Hər zaman vaksinin iflicə səbəb olacağı, başqa yan təsirlərin ola biləcəyi düşüncəsi ilə peyvənddən uzaq duran insanlar olub. Amma vaksinin faydaları onun yan təsirlərindən dəfələrlə çoxdur".