"10 il sonra Ermənistan adlı bir dövlət olmayacaq"


Siyasət 18 Mar 2021 12:32:55 130 0

"10 il sonra Ermənistan adlı bir dövlət olmayacaq"

I Dünya Müharibəsindən sonra istər dünyada, istər Orta Şərqdə, istərsə də Qafqazda türk və İslam dünyasını bölüb zəiflətmək üçün Ermənistan yaradıldı.

Bunu Son.az-a açıqlamasında türkiyəli tarixçi alim, professor Şevki Karabəkiroğlu deyib.

Türk tarixçi bildirib ki, Ermənistan Cənubi Qafqazda türk dünyasını bölmək, Azərbaycanı parçalamaq üçün qurulub:

"Türk dünyasını parçalamaq üçün Ermənistan Cənubi Qafqaza qondarma bir xalq kimi daxil edildi. Əslində isə tarixə nəzər salınsa Qafqazda heç vaxt erməni yaşamayıb. Onlar Qafqaza köçürülnə qədər əsasən Anadoluda yaşayırdılar. Bizans hücumları nəticəsində ermənilər əsasən Qaradənizin şimalına köçmüşdülər. Osmanlı zamanında osmanlıların azlıqlara gətirdiyi rahatlıq səbəbindən yenidən dönüb Anadoluya köçmüşdülər.

İndi Qafqazda möbcud olan erməni əhalisi I Dünya Müharibəsindən sonra istər ingilislərin, istərsə də rusların zorla pul müqabilində Rusiyadan, Suriyadan, Liviyadan köçürülənlərdir. Yoxsa, İrəvan 100 il əvvələ qədər bir türk şəhəri idi. Orada süni yollarla erməni əhalisinin sayını artırdılar, o ərazidə qoondarma bir Ermənistan adlı dövlət qurdular. Beləliklə də, türk dünyasını parçalamaq kimi istəklərinə çatmış oldular. Bununla sadəcə türk dünyasını yox, Azərbaycan torpaqlarını da böldülər. Yəni bir daşla bir neçə quş vurmuş oldular.

Ermənistan super güclərin imperialist niyyətlərinə xidmət etmək üçün qurulan dövlətdir

Lakin bu, bir həqiqətdir ki, belə zorakılıqlarla, tarixi həqiqətləri, sosioloji reallığı qəbul etmədən atılan addımlar əbədi olmur. Bu şəkildə tarixdə müəyyən məqsədlər üçün Yuqoslaviya, Çexislovakiya kimi süni yaradılmış dövlətlər var idi. İndi o dövlətlər varlığını qoruyub saxlayıblarmı, xeyir. Eyni şəkildə I Dünya Müharibəsindən sonra qurulan İraq, Suriya, Liviya kimi dövlətlər də var ki, baxın, artıq onların da varlığı təhlükə altındadır, gələcəkləri görünmür. Çünki bunlar dünənə kimi var olmayan, zorla yaradılan və bəlli məqsədələr çərçivəsində böyük dövlətlərin, super güclərin imperialist niyyətlərinə xidmət etsin deyə qurulan dövlət olaraq ortaya çıxıblar. Ermənistan da eynilə belədir. Ermənistan elə belə qondarma, süni şəkildə yaradıldığı üçün də bölgədə varlığın göstərə bilmədi. Ətrafı, onsuz da, tamamilə türk dünyası ilə əhatə olunmuş vəziyyətdə idi.

Belə bir vəziyyətdə gələcəyi barədə düşünmək imkanı olmaya-olmaya imperialist dövlətlər Ermənistan üzərindən çox böyük layihələr hazırlayırlar, planlar qururlar. Və bu böyük layihələrin də hədəfində daima Türkiyə var, türk dünyası var, Azərbaycan var. Normalda onlar Ermənistanı düşündükləri üçün və ya Ermənistana yazıqları gəldikləri üçün bunu etmirlər. Onlar Ermənistan üzərindən türk dünyasını parçalamaq, zəiflətmək məqsədilə onları bir məqsəd olaraq istifadə edirlər. Bunu edərkən də ermənilərə belə bir yol göstərirlər, deyirlər ki, "Baxın, sizi kemişdə Anadoluda, Kilikya bölgəsində qurduğunuz erməni dövləti var. Çərqi Anadoluda varlığınız bəlli. İndi Qafqazda da süni də olsa bir dövlət qurdunuz. Hətta Anadolu torpaqlarında türklər tərəfindən zorla müsəlman edilmiş, türkə, kürdə çevrilmiş, amma əsli erməni olan ünsürlər var. Sabah bir gün biz bunları da ortaya çıxaracağıq və böyük bir erməni potensialı olacaq. Bu "böyük Ermənistan" potensialı Qafqazdan, Anadoludan Kilikiyaya, hətta Suriyaya qədər genişlənib "böyük Ermənistan" dövlətinin sahibi olacaqsınız" deyərək onların qarşısına belə bir hədəflər qoyurlar, xəyallar qurdururlar. Ermənilər də bunlara inanır və bu məqsəd uğrunda özlərini həlak edirlər.

Ermənilərin tarixdəki rolu bitdi

Gəlin görün ki, hazırkı dünyanın reallığı 100 il əvvəlki reallıq deyil. 100 il əvvəl dünyada qurulan ssenaridə ermənilərə bir rol verilmişdi, amma bu gün artıq bu rol artıq bitdi! Çünki bir nəsil bir yol layihəsi ilə birgə, bu layihənin uğur qazanması üçün hər şeydən əvvəl türklərə və türk dünyasının birliyinə ehtiyacları var. Belə bir birliyin içərisinə soxulmuş xəncər kimi görünən Ermənistanın da bu quruluş içərisində yeri yoxdur.

Ermənilər Qarabağda ikinci bir Ermənistan dövləti qurmaq, "böyük Ermənistan" kimi xəyallarından əl çəkməlidirlər. Əks halda mövcud varlığını belə qoruyub saxlaya bilməyəcək. Zaman çox sürətlə keçdiyi üçün tarixdəki makro planlar da sürətlə reallaşmağa başladı. Düşünürəm ki, 10 ildən sonra Ermənistan deyə bir dövlətdən bəhs edilməyəcək. Çünki onların tarixdəki rolu, missiyası bitdi! Bizi bölmək üçün qurulmuşdular, indi isə bizi parçalamağın heç kimə bir faydasının olmayacağını onlar da gördülər. Xüsusən də Ermənistanın bu yolda vəzifəsi bitdi, ipi çəkiləcək, sonu gələcək. Biz bunu II Qarabağ müharibəsində də gördük. Ermənistanın ən çox bel bağladığı böyük dövlətlər belə onlara dəstək verə bilmədilər. 

Artıq Qarabağda ikinci bir erməni dövlətinin qurulması mümkünsüzdür

1992-ci ildə Qarabağın işğalına start verildiyi zaman Əbülfəz Elçibəy Türkiyədən helikopter istədiyində vermədik. Lakin ovaxtkı türk hökuməti Ermənistan bizdən buğda və elektrik enerjisi istədikdə verdi. Yəni, ogünkü şərtlər əleyhimizə idi, zəif idi, heç kimə sözümüz keçmirdi, bir şey deyə bilmirdik. Amma bu günün Türkiyəsi qardaşı olan bir dövlətə dayaqdır, lazım olanda hərbi biliyini bölüşür, silah verir. Bizim indi bu addımlarımıza heç kim səsini də çıxara bilmir. Çünki artıq Türkiyə və Azərbaycan güclü bir dövlətdirlər. Bunun nəticəsində də, inşallah, gələcək bizimdir. Yəni, ermənilərin artıq Qarabağda Cənubi Qafqazda bir "dövlət" qurmaları mümkünsüzdür. Gələcəkləri ilə bağlı böyük xəyallardan oyansınlar. Ermənistanın daxilindəki xaos vəziyyət hər kəsə bəllidir. Onsuz da, iqtisadiyyatı çöküb, xaricə açılan bir qapısı yoxdur. Bir qapısı İrana, bir qapısı, Türkiyəyə, bir qapısı Azərbaycana baxır. Türkiyə qapısını açmasa, dünyaya çıxa bilməyəcək. 700 minə yaxın erməni Türkiyədə inşaatda işləyərək yaşayırlar. Ermənilər iddialarına, revanşist açıqlamalarına davam etsələr, bizi məcbur vəziyyətdə qoysalar, bu erməniləri işdən çıxarsaq, acından öləcəklər.

Artıq güc nisbətləri dəyişib

Gələcək islam dünyanındır, türk dünyasınındır, gələcək Türkiyənin, Azərbaycanındır. Türk dövlətləri bir çox sahələrdə iş birliyini artıraraq dünyada böyük və super bir güc olaraq ortaya çıxacaq. Artıq güc nisbətləri dəyişib. Bu gün dünyanın super gücü olan ABŞ, Çin, Rusiya, AB - bu 4 böyük mərkəzin yanında beşinci bir güc meydana çıxır, Türkiyə də bunun önündə gedir. Sabah, biri gün bu güc yüksəldikcə ərəb kralları da Türkiyəyə gəlib türklərin əlini öpəcəklər. Görəcəklər ki, düşməndən dost olmaz. Yeni bir dünya qurulur. Bizim hazırkı bütün işimiz, vəzifəmiz bu yeni qurulan dünyada ən güclü ünsür olaraq var ola bilmək, yer ala bilməkdir. Bunun üçün də istər türk dünyası arasındakı birliyimizi, diriliyimizi, istərsə də islam dünyası arasındakı birliyimizi, diriliyimizi qorumaq məcburiyyətindəyik". 

Təhməz Əsədov Son.az