"Narkomanlar arasında metamfetamindən istifadə artıb"


Digərləri 18 Mar 2021 12:15:00 150 0

"Narkomanlar arasında metamfetamindən istifadə artıb"

Son dövrlər ölkədə polinarkomaniya, yəni iki və daha artıq sintetik, yarım sintetik və təbii narkotik vasitələrin birlikdə qəbulu halları çoxalıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov deyib.

O bildirib ki, mərkəzə daxil olan müraciətlərə əsasən belə hallar çoxalıb:

"Psixostimulyatorlar qrupundan olan sintetik psixoaktiv maddə "metamfetamin" və opiatların birlikdə qəbulu istifadəçilərin sinir sistemində kəskin pozuntular yaradır. Belə hallarda həkim-narkoloqlarla yanaşı müalicədə həkim-psixoterapevt və həkim-nevropatoloqlara ciddi ehtiyac duyulur".